Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Bakı Qarnizonuna döyüş hazırlığının yüksəldilməsi barədə tapşırıq verildi

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində 2019-cu ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunan müşavirə keçirilib.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə qarnizon ərazisində görülən işlər, əldə olunan uğurlar barədə çıxış edib. O, 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.