Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırdı

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda vətəndaşın həyatına qəsd olunması ilə bağlı iddialarını araşdırıb. 

E-huquq.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

O, bildirib ki, vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində onun həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb: "Həmin avtomobilin sürücüsü müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb".  

CoronaVirus CoronaVirus