Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Bakı polisi: İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq

“Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”.

Bunu e-huquq.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir: “Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir”.