Mirzayev&Partners
    26 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edildi

Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

E-huquq.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşid Piriyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi.

Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub. Rəşid Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.

Mənbə: BakuPost