Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Bakı Ağır Cinayətlər Məhkəməsində işlərə baxılması təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsi ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.

E-huquq.az-ın məlumatına görə, bu barədə məhkəmənin sədri Mahmud Nəbiyev əmr imzalayıb.  

Əmrə əsasən, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi) istisna olunmaqla, icraatda olan digər işlərə baxılması 20 aprel 2020-ci il tarixə kimi təxirə salınıb: 

"Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 60 yaşdan yuxarı işçilərə yüngülləşdirilmiş iş rejimi tətbiq edilsin.

Himayəsində 14 yaşına çatmayan uşağı olan qadınlar üçün qısaldılmış – 6 saatlıq iş rejimi tətbiq edilsin.

Məsafədən görülə bilən işlərlə əlaqədar fəaliyyət göstərən işçilərin yalnız zəruri hallarda iş yerinə gəlmələri təmin edilsin. Məhkəmənin binasında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın.

Məhkəmə zallarında işçilər qoruyucu vasitələrdən (əlcək və maska) istifadə etməklə fəaliyyət göstərsinlər.

Qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları 20 aprel 2020-ci il tarixə kimi təxirə salınsın.

Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə 012 598-47-43 nömrəsi və [email protected] www.bakugravecrimescourt.gov.azelektron ünvanları müəyyən edilsin.

Vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsinin təmini məqsədilə - Xuraman Kərimova və Rafiq Qənbərov müəyyən edilsin.

Bütün işçilərin işə gələrkən məsafədən ölçmə cihazı ilə hərarəti yoxlanılsın və müəyyən edilən normadan yuxarı hərarəti olan işçilər işdən kənarlaşdırılsın.

Məhkəmə işçiləri gün ərzində mütəmadi olaraq spirt vasitəsi ilə iş yerlərinin dezinfesiya edilməsini təmin etsinlər və gigiyenik qaydalara riayət etməklə tez-tez əllərini sabunla yusunlar.

İşçilərin məhkəmə daxilində toplaşması qadağan edilsin.

Siqaret çəkən şəxslərin nəzərinə bir daha çatdırılsın ki, məhkəmə binasında qadağan olunmuş yerlərdə siqaret çəkməsinlər.

Əlavə əmrlə bayram və istirahət günlərində məhkəmə binasında hakim və köməkçi və ya məhkəmə iclas katibindən ibarət nöbvətçilik müəyyən edilsin.

Görülən tədbirlər barədə vətəndaşlar mətbuat vasitəsi ilə məlumatlandırılsın".

CoronaVirus CoronaVirus