Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Azərbaycanlı vəkil elektron maska icad etdi - FOTO

Vəkil Türkel Süleymanlı koronavirusa qarşı yeni maska icad edib.  

T. Süleymanlı e-huquq.az-a açıqlamasında bildirib ki, innovativ yeniliklərlə təchiz olunan maska adi qoruyucular kimi sadəcə virusun keçməsinə sərhəd qoymur, eyni zamanda virusları məhv edir: "Çünki yeni növ maskalar hazırda mövcud olan respiratorlar kimi kömür deyil, elektrondur.  

Vəkil bildirib ki, maska lazımi vaxt açıla bilər, çünki güc mənbəyi var. Bundan əlavə, geyinməyə ehtiyac olmadığı zaman söndürülə bilər. Təkrar istifadə edilə bilən maska özünü təmizləyir. Cib telefonu kimi şarj etmək olur.  

Vəkil maskanı hazırlayarkən alimlərlə - bakterioloq Əbülfət Alıyev və bu ixtiraya müsbət rəy verən biologiya elmləri doktoru Ramiz Əliyevlə məsləhətləşib.  

Qeyd edək ki, Türkel Süleymanlı martın 13-də maskanın patentini almaq üçün Dövlət Müəllif Hüquqları Agentliyinə müraciət edib. 

 

 

 

 

CoronaVirus CoronaVirus