Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Azərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olundu

Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kollektivə təqdim olunub.

E-huquq.az xəbər verir ki, Səbinə Əliyevanı kollektivə Elmira Süleymanova təqdim edib.

S.Əliyevaya fəaliyyətində uğurlar arzulayan E.Süleymanova kollektivlə sağollaşıb.

Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.

Xatırladaq ki, S.Əliyeva bu vəzifəyə qədər Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Mənbə: Report