Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır

Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır.

E-huquq.az-ın məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı və sair parametrlər öz əksini tapacaq.

Q.Hüseynov bildirib ki, hazırda 50-dən çox regionda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyat keçirilir. Bunlardan 30-da işlər demək olar ki, başa çatıb.

Mənbə: Trend