Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırıldı

"Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılılıb".

E-huquq.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub.  A. Kərimov qeyd edib ki, bundan sonra sözügedən müavinətlə bağlı valideynlərdən birinə SMS məlumat göndəriləcək: “SMS-də müavinətin məbləği, həmçinin valideynin müavinəti hansı bankdan alacağı göstəriləcək. Valideyn bundan sonra şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin məbləği müvafiq bankdan götürə biləcək. SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbələrindən əldə edə biləcək".

Nazir müavini qeyd edib ki, valideyn daha əvvəl bu müavinəti əldə etmək üçün bir neçə sənəd toplamalıydı: “Bundan sonra isə valideyn  yalnız onlayn müraciət etməklə birdədəfəlik müavinət ala biləcək. Bu həm şəffaflığı, həm də sürəti artıracaq”.

Nazirliyin e-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov isə bildirib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı ilkin mərhələdə hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək: “Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq. Qanunvericilikdə müvafiq dəyişikliklər ediləndən sonra işləyən valideynlər də praktikada bu xidmət yararlanacaqlar".