Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunacaq

Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilir.

E-huquq.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunacaq.

Qanuna təklif edilən dəyişikliyə əsasən, sənədin 14.83-cü bəndində “ümumtəhsi” sözü “peşə təhsili və ümumi təhsil” sözləri ilə əvəz edilir.

Dəyişikliklə, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşaığdakı rüsumlar tutulacaq:

1.On beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 illik – 60 manat;

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) – 120 manat;

2. İyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda :

1 illik – 40 manat;

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) – 80 manat;

CoronaVirus CoronaVirus