Mirzayev&Partners
    26 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Azərbaycanda məhkəmələrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib

Azərbaycanın məhkəmələrinə Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib.

E-huquq.az xəbər verir ki, bu barədə  Konstitusiya Məhkəməsi Aparatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasında çıxış edən sədr Fərhad Abdullayev məlumat verib. 

O bildirib ki, ötən ilin nəticələrindən irəli gələn məsələlərlə bağlı bütün məhkəmələrə hüququn tətbiqi və dürüst başa düşülməsi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib.

F. Abdullayev 2019-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələrini və Aparatın qarşısında duran vəzifələrlə bağlı tapşırıqlarını verib.