Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Azərbaycanda dövlət ekspertizası tələb olunan obyektlərin tikintisinə icazələr elektron qaydada veriləcək

Dövlət ekspertizası tələb olunan obyektlərin tikintisinə icazələrin alınmasına üçün yeni elektron sisteminin hazırlanması üzrə hazırlıq işləri aparılır.

E-huquq.az-ın xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, Komitə tərəfindən aparılan bu işlər məmurların icazələrin verilməsi prosesində iştirakını azaldır, eyni zamanda bu, sahibkarın sərf edəcəyi vaxtı və xərclərin əhəmiyyətli dərəcədə təsir edəcək və nəticədə tikinti sahəsinin inkişafına yeni stimul verəcək.

"Artıq Komitə “ASAN xidmət”lə birgə "bir pəncərə" prinsipi əsasında fəaliyyət göstərən elektron müraciət sistemini cari ilin ilk aylarında istifadəyə verib. Ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə proseduralar üzrə günlər, ödəniləcək dövlət rüsumları əhəmiyyətli dərəcədə azaldılıb. Hazırda sistem istifadəçiləri tikinti şirkətlərinin müraciətlərini və tələb olunan sənədləri elektron formada təqdim edib, 15 gün ərzində tikintiyə icazə ala bilərlər. Eyni zamanda onlar tikinti işlərinin yekunlaşdırılmasından sonra obyektin istismarına icazənin 10 gün ərzində əldə edə bilər", - deyə R. Mahmud qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda qeyd edilən elektron müraciət sisteminə respublikasının digər şəhər və rayonlarına da tətbiq olunması üzrə işlər aparılır.

Mənbə: APA