Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Azərbaycanda ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyəti araşdırılacaq

Azərbaycanda ciddi nöqsanlara yol vermiş bəzi hakimlərin fəaliyyəti yerində öyrəniləcək. 

E-huquq.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının toplantısında qərar verilib. 

Fəaliyyəti araşdırılacaq hakimlərin adları açıqlanmayıb. 

Xatırladaq ki, ötən gün keçirilən iclasda Şura tərəfindən hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.