Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Azərbaycanda cəzaların humanistləşdirilməsi ilə bağlı yeni layihə hazırlanıb

Azərbaycanda cəzaların humanistləşdirilməsi ilə bağlı yeni layihə hazırlanıb.

E-huquq.az xəbər verir ki, bunu bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda keçirilən tədbirdə Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov bildirib.

O,  Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanın icrası istiqamətində görülən işlərdən danışıb: “Fərman çərçivəsində 40-a qədər layihə hazırlanıb. İxtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın yaradılması barədə qanunlar qəbul olunub. Digər qanun layihələri də hazırdır. Mülki-prosessual qanunvericiliyə dəyişikliklərlə bağlı böyük paket qanun layihəsi hazırlanıb. Eyni zamanda cəzaların humanistləşdirilməsi ilə bağlı da layihə hazırdır”.  

CoronaVirus CoronaVirus