Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Azərbaycan Ordusunun tabor komandirlərinin toplantısı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.