Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Azərbaycan çempionunun ölümünə səbəb olan sürücünün məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Seyidəhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 10-da Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, 40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil, 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Qasımov Coşqun Kamil oğluAbbasov Zakir Eldəniz oğlu, Tanrıverdiyev Nahid Teymur oğlu ölüb.

Xatırladaq ki, ölənlərdən Ç.Qasımov boks üzrə yeniyetmələr üzrə Azərbaycan çempionu olub.