Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Azərbaycan banklarına daha bir qadağa qoyuldu

Gələn ildən Azərbaycan banklarının plastik kart istifadəçiləri statik 3D kodlarından yararlana bilməyəcəklər. 

E-huquq.az xəbər verir ki, "Visa International" və "Mastercard" beynəlxalq kart təşkilatları yerli banklara bununla bağlı qadağa qoyub. 

Beləliklə, 2020-ci ildən ölkədə yalnız dinamik 3D kodlarından istifadə etmək mümkün olacaq. Beynəlxalq şirkətlər qadağanı statik kodların təhlükəsizlik baxımından etibarsız olması ilə əlaqələndiriblər. 

Qeyd edək ki, statik kodları kart sahibləri bir dəfə müəyyən edir və əməliyyatlar zamanı həmişə ondan istifadə edirlər. Bu isə statik kodların ələ keçirilməsini asanlaşdırır. Dinamik kodlar isə daima yeni olur. 

Mənbə: Report