Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Azadlığa buraxılan sabiq icra başçısının barəsindən apellyasiya şikayəti verilib

Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

E-huquq.az-ın xəbərinə görə, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı qalan zərərçəkmiş Bakə Apellyasiya Məhkəməsinə müraciət edib.

Zərərçəkmiş ona dəymiş zərərin ödənilməsini və M.Səfərovun həbs edilməsini istəyir.

Həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını tələb edir.

Şikayət hakim Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına görə, M.Səfərov və Rüstəm Bayramov Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra M.Səfərov məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb və o, həbs olunub.

Daha əvvəl R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona şərti cəza verib və azadlığa buraxılıb.

Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.