Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

"Avtoş"u öldürən şəxs məhkəməyə müraciət etdi

Bakıda qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 6-na təyin edilib.

Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq. 

Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.

Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Şərifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, C.Babayev “Cabir-012” adı ilə tanınmış "avtoş" olub.