Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündürmü?

“Buta Airways” aviaşirkətinin aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür.

E-huquq.az xəbər verir ki, bu barədə “Buta Airways” məlumat yayıb.

“Hörmətli sərnişinlər, xatırlatmaq istəyirik ki, ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür. Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk.

Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik”, - deyə məlumatda bildirilir.

CoronaVirus CoronaVirus