Mirzayev&Partners
    26 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Aparat rəhbəri: "Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara seçkiləri izləmək üçün müraciət göndərilib"

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycan parlamentinin üzv olduğu beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

E-huquq.az xəbər verir ki, bunu “Report”a açıqalamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

S.Mirzəyev bildirib ki, Milli Məclisin üzv olduğu bütün beynəlxaq təşkilatlara parlament seçkilərini izləmək üçün rəsmi müraciət göndərilib:

“Milli Məclis tərəfindən AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA, TÜRK PA , İƏT PA, və GUAM PA-ya seçkiləri izləmək rəsmi müraciət göndərilib. Ancaq Avropa Parlamentinin üzvü olmadığımız üçün onlara müraciət göndərilməyib”.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.