Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib

Bu gün Gürcüstanın Tiflis şəhərində Avropa Şurası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Gürcüstan vəkilliyinin 100 illiyinə həsr olunmuş “Ədalət mühakiməsinin səmərəli idarə olunmasında vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, səfər çərçivəsində konfransdan əvvəl Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti İran Vəkillər Kollegiyasının sədri Murtuza Şahbazinianın rəhbərlik etidiyi iranlı vəkillərdən ibarət heyət ilə Tiflis şəhərində Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə əklil qoymuş, Dahi liderin əziz xatirəsini yad edib.

Daha sonra Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Beynəlxalq Vəkillər Kollegiyaları Assosiyasının (IBA), Hüquqşünasların Avropa Assosiasiyasının (AEA-EAL), habelə Azərbaycan, Rusiya, Türkiyə, İran, Polşa, Ukrayna, Özbəkistan və digər ölkələrin vəkillər kollegiyalarının nümayəndələrinin iştirirakı ilə keçirilən konfransda vəkil peşəsinin müstəqilliyi, vəkillər kollegiyaları arasında səmərəli əməkdaşlığın əhəmiyyəti, vəkillərin sosial şəbəkələrdən istifadəsi və buradan qaynaqlanan peşə etikası məsələləri və s. mövzular ətrafında yerli və beynəlxalq ekspertlərin çıxışları dinlənilib.

 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası konfransda Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Vəkillər Kollegiyasının sədri Anar Bağırov konfransın mövzusu ətrafında təqdimatla çıxış edib. Öz çıxışında Kollegiyanın sədri gələcəkdə Avropa Şurası tərəfindən “Vəkil peşəsi barədə Avropa Konvensiyası”nın qəbulunun zəruriliyi, xüsusilə aidiyyəti beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq vəkillərin maraqlarının müdafiəsində kollegiyalar ilə dövlət orqanları arasında əməkdaşlıq, ölkəmizdə vəkillərin sərbəst fəaliyyətinin təmin edilməsi istiqamətində Kollegiya tərəfindən atılan addımlar, vəkillər kollegiyaları ilə beynəlxalq peşə təşkilatları, habelə kollegiyalar ilə KİV arasında peşəkar əməkdaşlıq münasibətlərinin qurulmasının vacibliyini vurğulayıb.