Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Anar Bağırov: "Hüquqşünas qıtlığı ildən ilə artmaqdadır və hökümət təcili olaraq qəbul planını artırmalıdır"

"Ölkəmizdə 2018 ilin iyun ayında 11.000 nəfərə bir vəkil düşürdü isə hal-hazırda təxminən 6.100 nəfərə bir vəkil düşür. Nəzərə alın ki, 1991-2017 illərdə təqribən 700 nəfər vəkilliyə qəbul olunduğu halda, 2018-2019 illərdə 700-dən çox hüquqşünas artıq vəkil statusu əldə edib və bu rəqəm bu dövr üçün son nəticə deyil, qəbul davam edir". 

E-huquq.az xəbər verir ki, bu barədə  Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. 

O qeyd edib ki, problemin kökünü il ərzində ölkə üzrə hüquqşünas məzunların sayında axtarmaq lazımdır: "Bu sayı ölkə əhalisinin sayına böldükdə və digər ölkələrlə müqayisə zamanı əsl səbəb üzə çıxır: ölkəmizdə bu rəqəm heç 1000 nəfərə çatmır, misal üçün, Gürcüstanda 3,5 mln əhali - 3000-dən çox məzun, Rusiya - 140 mln əhali - 150.000 məzun, Türkiyədə də 100.000 yaxın bir rəqəmdir. Bir sözlə, məzunların sayı 1mln. əhali üçün 1000 nəfər olmalıdır ki, vəkillərin sayı kəskin artsın. Bu məsələ tərəfimizdən araşdırılıb, əsas səbəb məhz budur, hüquqşünas qıtlığı ildən ilə artmaqdadır və hökümət təcili olaraq qəbul planını artırmalıdır". 

Sədr vurğulayıb ki, bununla yanaşı, ölkədə hüquq peşələri sırasında ən çox maraq bu gün məhz vəkilliyədir: "Bu qədər az sayda hüquqşünas olan ölkə üçün vəkilliyə bu sayda namizədin olması sevindirici haldır və vəkilliyin nüfuzunun yüksəldiyindən xəbər verir".