Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Anar Bağırov: "Bir daha sübut etdik ki, biz vahid, monolit və güclü komandayıq"

Vəkillər kollegiyasının sədri Anar Bağırov Azərbaycan vəkilliyinin 100 illik yubileyi münasibətilə tədbirlərin təşkil olunmasında rol oynayan hər kəsə təşəkkür edib. 

E-huquq.az xəbər verir ki, A. Bağırov özünün "facebook" səhifəsində bu barədə yazıb: 

"Bir daha yubiley tədbirlərimizin təşkilində əməyi keçən, bizə dəstək olan hər kəsə: tədbir günlərində fədakarlıq nümayiş etdirən əziz vəkillərimizə, başda VK-nın aparat rəhbəri Fərhad Nəcəfov olmaqla, aparat əməkdaşkarımıza, xarici qonaqlarımıza, dövlət nümayəndələrinə, yerli və beynəlxalq təşkilatlara, ictimaiyyət nümayəndələrinə, jurnalistlərə, iş adamlarına, Dövlət filarmoniyasının rəhbərliyinə, Minifutbol federasiyası və Azfar group şirkətinə, Şəki və Qəbələ şəhərlərinin rəhbərliyinə, Elsa könüllülərinə, bir sözlə vəkilliyə hörmət və ehtiram göstərən hər kəsə öz adımdan və Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından təşəkkür edirəm. Bir daha sübut etdik ki, biz bir vahid, monolit, güclü, savadlı, sağlam düşüncəli və nizam-intizamlı komandayıq. Yaşasın şanlı Azərbaycan Vəkilliyi! Birlik olan yerdə hər şey çox əla oldu və olacaq!" - deyə, sədr qeyd edib.