Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

"AMAY Abdulla"nın işçilərinin cinayət işi birinci instansiya məhkəməsinə göndərildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər. Onların barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov və R.Quluzadə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından həbs olunublar.

Barələrində ev dustaqlığı qətimkan tədbiri seçilmiş digər şəxslərə isə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.