Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Almazbek Atambayev məhkəməyə çıxarıldı

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev məhkəməyə çıxarılıb. 

E-huquq.az-ın xəbərə görə, A. Atambayevin vəkili Sergey Slesarev jurnalistlərə açıqlamasında bildirib ki, sabiq prezident məcburi qaydada məhkəməyə gətirilib.

Daha əvvəl sabiq Prezident ona qarşı qərəzli yanaşma olacağını iddia edərək məhkəmədə iştirak etmək istəmədiyini bildirib.

Xatırladaq ki, Qırğızıstanın keçmiş prezidenti A. Atambayev avqust ayında həbs edilib. Sabiq Prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Mənbə: APA