Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Alimentin təyinatı üzrə xərclənib-xərclənmədiyini öyrənmək mümkündürmü? - ŞƏRH

Alimentin təyinatı üzrə xərclənib-xərclənmədiyini hüquqi cəhətdən öyrənmək üçün mexanizm mövcud deyil. 

Bunu e-huquq.az-a vəkil Vüsal Səfərov alimentin təyinatı üzrə xərclənməsi məsələsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, aliment uşaqların mənafeyi üçün anaya verilirsə, deməli elə uşaqlar də üçün xərclənir: “Anadan həmin pulun nəyə xərcləndiyini deməsini tələb etmək olmaz”. V.Səfərov qeyd edib ki, yalnız bir halda ödənilən alimentin təyinatı üzrə xərcləndiyinə əmin olmaq olar: “Əgər ödənilən alimentin məbləği yüksəkdirsə, onu ödəyən şəxs məhkəməyə müraciət edərək alimentin yarısını bankda uşağın adına açdığı hesaba köçürə bilər. Tutaq ki, alimenti ödəyən kişinin aylıq məvacibi 10 000 manatdır və o, 2000 manat məbləğində aliment ödəyir. Kişi hesab etsə ki, ödədiyi məbləğ yüksəkdir, o zaman məhkəməyə müraciət etməklə ödədiyi alimentin yarısını depozit şəklində bank hesabına yerləşdirir. Uşaq yetkinlik yaşına çatandan sonra həmin pulu özünə götürə bilər”.

Vəkil diqqətə çatdırıb ki, qalan hallarda alimentin təyinatı üzrə xərclənib-xərclənmədiyini hüququ cəhətdən öyrənmək mümkün deyil.

 

Məftun Salmanov