Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Ali Məhkəmənin hərbi kollegiyasının sabiq hakim və üzvlərinin NƏZƏRİNƏ

İstifadə edilməmiş növbəti məzuniyyətə görə sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçularına kompensasiya ödəniləcək. 

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsində yaradılan Komissiya məlumat yayıb. 

Məlumatda bildirilir: 

""1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata vəistefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbiqulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbətiməzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyənedilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.2014-cü il tarixli 399 №-li qərarını təmin etmək məqsədi ilə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişinin həyata keçirilməsi üçün sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvləri və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuları Komissiyaya aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi;

Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itirildiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti);

Əmək kitabçasının surəti (notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən təsdiq edilməlidir);

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orqanlarının yerli idarə, şöbə və bölmələrindən şəxsi işin xidmət dəftərçəsi əsasında xidmət müddəti, yeri, vəzifəsi, hərbi rütbəsi və verilmiş əmrlər barədə Arayış;

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən gəlir vergisindən azadolmanı müəyyən edən sənəd və ya sənədlər (olduğu təqdirdə);

Bank hesabı barədə məlumat.

1994-cü il fevralın 1-dən 2010-ci il iyunun 12-dək həqiqi hərbi xidmətdən buraxılmış və sonradan vəfat etmiş ehtiyatda və istefada olan hərbi qulluqçuların, eləcə də qeyd olunan dövrdə həlak olmuş hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyası onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

Ali Məhkəməyə kompensasiyanın ödənişi üçün ayrılmış vəsait cari il üçün nəzərdə tutulduğuna görə kompensasiya almaq hüququ olan şəxslərdən xahiş olunur ki, sənədlərini 01 dekabr 2019-cu il tarixinə qədər Komissiyaya təqdim etsinlər".