Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi məhkəməyə verildi

Alov Mühafizə MMC-nin Ucar Filialı Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsini məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, Alov Mühafizə MMC Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinə qarşı “2819 manat pul və 30,40 manat dövlət rüsumunun ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edib ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır.

Qərarda göstərilib ki, iddiaçı iddia ərizəsini "Elektron məhkəmə" informasiya sistemində yaradılan  elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edib və gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməyib. Bu səbəbdən məhkəmə hesab edib ki, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğundan və bununla da iddia ərizəsi forma və məzmununa dair tələblərə riayət edilmədən bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən iddianın hazırki vəziyyətdə məhkəmə icraatı mümkün deyil. Bu səbəbdən də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.