Mirzayev&Partners
    25 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Ağacları kəsən şirkət cərimələndi

Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların kəsilməsi faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

E-huquq.az-ın məlumatına görə, bunu jurnalistlərə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. "Sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının söküntüsü zamanı bir neçə ağac icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub."

Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat getmişdi.

Mənbə: Trend