Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Abşeronda qardaşı arvadını öldürən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Rafiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azqadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 3-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində baş verib.

Həmin gün R.Məmmədov qardaşı Elçin Məmmədovun yaşadığı ünvana gəlib. O, aralarında olan mübahisə zəmnində qardaşı arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.