Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

1 saylı Vəkil Bürosunun müdiri vəzifəsindən istefa verdi

Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin inzibati binasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkillərinin ümumi yığıncağı keçirilib.

VK-dan e-huquq.az-a verilən məlumata görə, yıncağı açılış nitqi ilə açan Anar Bağırov son zamanlar Kollegiya tərəfindən həyata keçirilən islahatıar, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər, o cümlədən, vəkil qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, qurumların maddi-texniki bazasının gücləndirilməsi üzrə görülən işlər barədə məlumat verib.

Bundan başqa, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun cari fəaliyyəti, büronun işinin təkmilləşdirilməsi üzrə görülməli olan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə həmçinin, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun müdiri, vəkil Şamil Atakişiyev müdir vəzifəsindən azad olunması ilə bağlı ümumi yığıncaq iştirakçılarına müraciət edib, ümumi yığıncağın qərarı ilə onun müraciəti təmin olunub.

Daha sonra vəkil bürosunun rəhbərinin açıq seçkisi keçirilib, ümumi yığıncağın yekdilliklə qəbul etdiyi qərara əsasən büronun vəkili Fazil Nəhmətov müdir seçilib.

Vəkillər Kollegiyasının rəhbərliyi büronun yeni seçilmiş müdiri F.Nəhmətovu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.