Bakıda 330 min manatlıq saatı oğurlamaqda şübhəli bilinən Çin vətəndaşı saxlanıldı

Bakıda 330 min manat dəyərində saat oğurlanıb.

E-huquq.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla talayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.

Hazırda istintaq davam edir.