“Azərenerji” ASC-nin Prezidentinə şiddətli töhmət verildi


  • 5 Oktyabr 14:39

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Oxşar xəbərlər