"Ulu öndərin islahatları hüquq elminin yeni mərhələdə inkişafını təmin etdi" - Zaur Əliyev


  • 10:55

"İlk növbədə onu qeyd etmək istəyirəm ki, kitab Azərbaycanda bu mövzuda nəşr olunan ilk monoqrafiyadır. Uzun illərdir elmi-pedaqoji faliyyətlə məşğulam. Bu monoqrafiyanın üzərində işləməyi özümə borc bildim".

Bunu e-huquq.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev müəllifi olduğu yeni təqdim olunan “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitabı barədə danışarkən deyib.

O bildirib ki, məhz Ulu öndər Heydər Əliyev tərəfindən hüquq sahəsində milli kadrların hazırlanmasına dair göstərişin verilməsi, eyni zamanda Ulu öndərin bu sahədə keçirdiyi islahatlar hüquq elminin və hüquq təhsilinin yeni mərhələdə inkişafını təmin edib.

"Bu sahədə Ümummili liderin formalaşdırdığı siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə qalib Azərbaycan dövlətinin qurucusudur. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Ulu Öndərin xeyirxahlıq və humanizm missiyasını yaşadır və uğurla davam etdirir", - deyə Z.Əliyev qeyd edib.

Oxşar xəbərlər

  • 30 Sentyabr 16:42
Baş nazir qərar imzaladı