Basri Bağcı: "Türkiyə Konstitusiya Məhkəməsi COP29-la bağlı əlindən gələn dəstəyi göstərməyə hazırdır"


  • 6 Sentyabr 12:15

"Azərbaycanın bu il COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi etməsi qürurvericidir"

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin Konstitusiya Məhkəməsi Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlı əlindən gələn dəstəyi göstərməyə hazırdır.

"Dünyada iqlim dəyişikliyi ilə bağlı mövzulara həssaslıq getdikcə artmaqdadır. Azərbaycanın bu mövzuda təşəbbüs göstərməsi böyük önəm ifadə edir. İnanıram ki, Azərbaycan bu tədbiri uğurla yerinə yetirəcək", - deyə Basri Bağcı qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər