“Vəkillərin intizam məsuliyyətinin əsasları” mövzusunda təlim keçirildi - FOTO


  • 13:39

Cari il oktyabrın 5-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin intizam məsuliyyətinin əsasları” mövzusunda hibrid formada təlim keçirilib.

E-huquq.az-ın məlumatına görə, təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Seçilmiş təlim mövzusunun aktuallığı barədə danışan professor, eyni zamanda "Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib.

Təlimin əsas hissəsində Vəkillərin İntizam Komissiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəaları, vəkilin intizam məsuliyyətinin əsasları, o cümlədən vəkilin öz fəaliyyətini təbliğ etməsində mənfi və müsbət hallar, habelə digər əlaqəli məsələlər barədə çıxış edib.

Sonra təlimçi müvafiq mövzu ilə əlaqədar təcrübədə olan problemlər barədə məlumatlar verib, vəkilləri bu sahədə maraqlandıran məsələlər müzakirə edilib.

Qeyd edək ki, təlimdə 53 nəfər distant, 13 nəfər əyani olmaqla, ümumilikdə 66 nəfər iştirak edib.

Oxşar xəbərlər