Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşdü -

Sentyabrın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

E-huquq.az xəbər verir ki, görüşdə Kollegiya sədri çıxış edərək vəkil köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Anar Bağırov vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyətindən, o cümlədən savadlı vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb.

Sədr nəzərə çatdırıb ki, hazırda ARVK-da 400-dən çox vəkil köməkçisi fəaliyyət göstərir, Kollegiya hər zaman onların fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirir. Həmçinin tövsiyələrini çatdıran Anar Bağırov onların vəkil köməkçisi kimi fəaliyyətlərinin təcrübi biliyə yiyələnməsində faydalı olacağını vurğulayıb.

Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.