Pozuntuya yol verən 2 vəkillə bağlı məhkəməyə müraciət edildi

Yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyasından üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilib.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bu barədə qərar qəbul edilib

İclasda, həmçinin 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 1 vəkilə irad bildirilib, 2 vəkilə isə xəbərdarlıq olunub.