Vəkil Bürosunda əməliyyat keçirildi, iki vəkil saxlanıldı - FOTO


  • 27 Avqust 23:09

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib.

E-huquq.az xəbər verir ki, əməliyyatla büronun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və bir vəkil saxlanılıb.

Vəkillər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər. Hələ ki, əməliyyatın detalları barədə rəsmi məlumat verilməyib.

Mənbə: Qafqazinfo

Oxşar xəbərlər