Sabahın hava proqnozu açıqlandı


  • 5 Oktyabr 13:00

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsasən şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər