Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə gəliş prosesi artıq başlayıb


  • 17 Sentyabr 11:33

Qarabağ Universiteti tələbələrinin Xankəndiyə gəliş prosesi artıq başlayıb.

Bu barədə e-huquq.az-a Universitetdən məlumat verilib.

Qeyd edilib ki,16 sentyabr tarixindən tələbələrin Universitet nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.

Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.

Tələbələrin Xankəndiyə gəliş prosesi mərhələli şəkildə 22 sentyabr tarixinədək davam edəcək.

Oxşar xəbərlər