Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı


  • 10 Sentyabr 15:10

Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

E-huquq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da başa çatacaq.

Oxşar xəbərlər