Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər


  • 18:47

“Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində delimitasiyası davam etdirildiyi bir vaxtda Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Birgə Komissiyanın növbəti iclasının mart ayında keçiriləcəyi gözlənilir”.

E-huquq.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyərək, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib.

Bununla yanaşı, M. Qriqoryan dövlət sərhədinin Cermuk istiqamətinədək olan hissəsində delimitasiya prosesinin bu il keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandırmayıb.

Oxşar xəbərlər