Hakan Fidan: "3+3" platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək


  • 15 Oktyabr 15:34

"3+3" regional platformasının növbəti - üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.

E-huquq.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

"Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq", - Fidan Ankarada iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib.

Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçirilib.

İclasa Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılıb.

Gürcüstan isə "3+3" platformasında iştirak edə bilməyəcəyini açıqlayıb.

23 oktyabr 2023-cü ildə Tehranda "3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin ikinci iclası keçirilib.

Oxşar xəbərlər