Vaaqn Xaçaturyan Numan Kurtulmuşla danışıqlar aparıb

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla qısa danışıqlar aparıb.

E-huquq.az xəbər verir ki, bu barədə o, "Armenpress" agentliyinə məlumat verib.

V.Xaçaturyanın sözlərinə görə, hər kəs anlayır ki, Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. O qeyd edib ki, tərəflər görüşmək və nizamlanma məsələlərini müzakirə etmək fürsətini əldən vermir:

“Bu onu deməyə əsas verir ki, yaxın gələcəkdə münasibətlərin nizamlanması reallığa çevrilə bilər. Bu, sərhədlərin açılmasını və diplomatik münasibətlərin qurulmasını əhatə edir”.