Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasında iki bəyanata qoşulmadı


  • 7 Oktyabr 22:37

MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistan iki bəyanata qoşulmayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın “İctimai” televiziyasına Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Söhbət iki bəyanatdan gedir: “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında”, - Ani Badalyan deyib.

Oxşar xəbərlər