Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir

Rusiya ardıcıl olaraq Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır, bununla bağlı bütün tərəflərin maraqları qeyd-şərtsiz nəzərə alınır.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini xatırladıb, bu, bəyanat, regionda nəqliyyat marşrutlarının açılmasından bəhs edir. M.Zaxarova Rusiya tərəfinin öz öhdəliklərinə 100 faiz sadiq qaldığını bəyan edib:

“Biz əminik ki, belə formul təkcə Bakı və İrəvanın deyil, bütün qonşuların, mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran və Türkiyənin maraqlarına cavab verir”.