- 15:26 | 15.10.2024
- Məhkəmə
Külli-miqdarda dələduzluqda təqsirləndirilən Yadigar Bilalovun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Minarə Bilalovanın ifadəsinə görə, Yadigar Bilalovu 8 ildir alver edən bir şəxs kimi tanıyır: "Mən qızıl alveri ilə məşğulam. Gəlib məndən mal götürüb, dediyi vaxtda da gətirib verib. Ümumi dövriyyəmiz 200 mindən çox olub. Mən eşidəndə ki, tutulub, ağladım".
Digər şahid Elman Hüseynov Yadigarı 1 dəfə gördüyünü bildirib: "Mən sürücü işləyirəm. Xuraman xanım mənə qızıl üzük verdi, mən də gətirib Bakıda Yadigara çatdırdım".
Lakin ibtidai istintaqa ifadəsində Elman Hüseynovun Yadigara 3 dəfə qızıl gətirdiyi məlum olub.
Cinayət işində 2 nəfər - İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 40 min manat dələduzluq edib. Məlum olub ki, Yadigar Bilalov Moskva Univermağında qızılın alışı-satışı ilə məşğul olub. Dələduzluq etdiyi şəxslərdə elə qızıl alverçiləri olub.
Yadigar Bilalova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu