- 16:16 | 14.10.2024
- Məhkəmə
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mühüm “yol xəritəsi” olmaqla işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirmişdir. Bu sahədə qarşıda duran vəzifələrin icrası məqsədilə son illər məhkəmə sistemində məhkəmə-hüquq islahatları aparılır. Aparılan məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi kimi vakant hakim ştatlarına layiqli namizədlərin seçilməsi, ştatların yüksək biliyə və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi prioritet təşkil edir və bununla bağlı işlər Məhkəmə-Hüquq Şurası tərəfindən davam etdirilir.
E-huquq.az xəbər verir ki, hazırda yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış və Ədliyyə Akademiyasında uzun müddətli tədris kursuna buraxılmış hakimliyə namizədlərdən 5 nəfər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində stajkeçməyə cəlb edilib.
Bu gün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Abbas Rzayev və məhkəmənin hakimləri Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində stajkeçməyə cəlb edilmiş hakimliyə namizədlərlə görüş keçirib və onlar, görüşdə məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyi və məhkəmə sistemindəki təcrübələri barədə ətraflı məlumat veriblər.
Görüşün sonunda hakimliyə namizədlərlə birlikdə xatirə fotoşəkli çəkdirilib.